26 baxış
Bu yazını paylaşın
İctimai

“Peşəkar idarəçi” müsabiqəsi üzrə imtahan nəticələri elan edilib

18 İyul 2023

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri elan edilib.

Telejurnal   xəbər verir ki, imtahan nəticələri ilə bağlı namizədlərə SMS vasitəsilə məlumat göndərilib.

Müsabiqənin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib. İmtahanda namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunub. Növbəti mərhələyə keçid balı isə 25 olaraq müəyyənləşdirilib.

Test imtahanında uğur qazanmış namizədlər daha sonra esse mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…