29 baxış
Bu yazını paylaşın
Siyasi

Pərviz Şahbazov: “Karbon emissiyalarının azaldılması dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir”

19 İyun 2023

Karbon emissiyalarının azaldılması ilə neft-qaz sektorunun inkişafı dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir.

Telejurnal Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə Azərbaycana səfəri çərçivəsində göründə bildirilib.

P. Şahbazov deyib ki, bu yanaşma əsasında Azərbaycan, OPEC, digər ölkə və təşkilatların iştirakı ilə daha geniş platformada əməkdaşlığına ehtiyac var: “Biz neft bazarının sabitləşdirilməsi ilə bağlı səylərimizi bu istiqamətdə də inkişaf etdirməliyik”.

Görüşdə OPEC ilə Azərbaycanın “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində əməkdaşlığı, ölkəmizin qlobal neft bazarının tənzimlənməsində iştirakı, həmçinin tələb-təklif dinamikası ilə bağlı hazırkı vəziyyət və inkişaf tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.

“OPEC plus” formatı təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin tarixi rolu yüksək qiymətləndirilib. Baş katib deyib ki, Prezidentin enerji təhlükəsizliyi, neft-qaz sənayesinin inkişafı, investisiyalar haqqında çox aydın baxışları birgə fəaliyyətimiz üçün yeni imkanlar açır. Azərbaycanla eyni mövqeyi bölüşməyimizdən məmnunuq.

Bildirilib ki, “OPEC plus” çərçivəsində əməkdaşlığın məqsədi iqtisadi inkişaf üçün dünyanı lazım olan enerji ilə təmin etməkdir. Bu isə bütün enerji növlərindən istifadə ilə mümkün ola bilər.

Söhbət zamanı Azərbaycanın OPEC Katibliyi əlaqələrinin dərinləşdirilməsi, “OPEC plus” formatında əməkdaşlığın təşkilata üzv ölkələrlə Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaşlığa verdiyi töhfələrdən də bəhs edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…