33 baxış
Bu yazını paylaşın
Siyasi

Pərvin Kərimzadə: Zəfər çalmış ölkənin gənclərinin uğurları davam edir

19 Mart 2022

Tariximizin qəhrəmanlıq salnaməsinin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 illik erməni işğalına son qoydu, böyük Qələbəyə imza atdı. Bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə, xalqın yumruq kimi bir olmasına, Vətən torpaqlarının azadlığı uğrunda ayağa qalxmasına şahidlik etdi.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında 16 medal – 7 qızıl, 2 gümüş, 7 bürünc qazanaraq birinci yeri tutan idmançılarımızla görüşən ölkə Prezidenti İlham Əliyev də onların qalib gəlmiş müzəffər xalqı təmsil etdiklərini xüsusilə vurğulayıb.
“Sevindirici haldır ki, beynəlxalq yarışda qalib dövlətin təmsilçisi kimi çıxış edən idmançılarımız parlaq qələbə ilə dövlətimizin qüdrətini bir daha nümayiş etdirdilər. Azərbaycan güləşinin Avropa çempionatları tarixində rekord göstərici, 34 Avropa ölkəsi arasında birinci yeri qazanması, mötəbər yarışda Dövlət Himnimizin 7 dəfə səsləndirilməsi dövlətimizin başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının təcəssümüdür. Avropada birinci olmaq böyük nailiyyətdir, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar. Dövlət qayğısını yüksək dəyərləndirən, üzərlərinə düşən vəzifələri layiqincə doğruldan Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınır”, – deyə deputat bildirib.
O diqqətə çatdırıb ki, idmançılarla görüşdə Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik hisslərinin artırılmasındakı rolundan da danışıb: “Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”.

Azərbaycan gəncliyinin vətənpərvərliyin, ən yüksək milli keyfiyyətlərin daşıyıcıları olduğunu vurğulayan Pərvin Kərimzadə deyib: “Onlar bundan sonra da milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda yetişərək həm milli hədəflərimizin gerçəkləşməsinə mühüm töhfə verəcək, həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…