40 baxış
Bu yazını paylaşın
Dünya

Peruda üsyana görə keçmiş baş nazir həbs edilib

21 İyun 2023

Peru polisi üsyanı təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesi həbs edib.

Telejurnal  xəbər verir ki, Perunun Baş Prokurorluğu Çavesin saxlanmasını istəyib və onun barəsində 18 aylıq həbs qətimkan tədbiri seçilib.

7 dekabr 2022-ci ildə Perunun o zamankı prezidenti Pedro Kastilyo Konqresin (birpalatalı parlamentin) buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. O, korrupsiya ittihamlarına görə impiçment məsələsinə baxılan parlament iclasından əvvəl çıxış edib.

Deputatlar səsverməni ləğv etməyib və prezidentin səlahiyyətlərindən məhrum edilməsini təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.

Kastilyo üsyan təşkil etməkdə ittiham edilərək saxlanılıb. Onun istefasından sonra Peruda etiraz aksiyaları və iğtişaşlar başlayıb, onlarla insan həlak olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…