39 baxış
Bu yazını paylaşın
Dünya

Pentaqonun gizli sənədləri sosial şəbəkələrdə yayılıb

08 Aprel 2023

Pentaqonun Ukrayna müharibəsi ilə bağlı məxfi sənədləri Twitter və Telegram-da dərc edilib.

TELEJURNAL  xəbər verir ki, Pentaqonun Ukrayna müharibəsi ilə bağlı gündəlik hazırladığı gizli hərbi məlumatlar sosial mediaya sızıb. ABŞ Müdafiə Nazirliyi sosial mediada yayılan bəzi sənədlərin manipulyasiya edildiyini vurğulayıb. Nazirlik sənədin yayılması ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Sənədlərdə silahların tədarükü qrafikləri, qoşunların sayı və döyüş sursatı xərcləri haqqında məlumatlar yer alıb. Məxfi kimi qeyd olunan fevral sənədlərinin birində Ukraynanın hazırda saxladığı bəzi qərb silah sistemlərinin miqdarı və əlavə sistemlərin təxmini tədarükü göstərilir.

Sənədlər arasında “tam məxfi” kimi qeyd olunan və 1 mart 2023-cü il tarixli sənəd daha çox diqqət cəlb edib. Sənəddə Rusiya və Ukrayna batalyonlarının mövqeləri və kəmiyyəti, hər iki tərəfdən ümumi təxmini itkilər göstərilir. Lakin bu sənəddə Ukraynanın itkin rəqəmləri hakimiyyətin rəsmi açıqlamaları ilə üst-üstə düşmür. Sənəddə toqquşmalarda 61 min-71 min 500 ukraynalının öldürüldüyü bildirilsə də, Rusiyanın itkilərinin 16 min ilə 17 min 500 arasında olduğu göstərilir. Hakimiyyət bu rəqəmlərin manipulyasiya edildiyini və həqiqəti əks etdirmədiyini bildirir.

Xəbərdən sonra Ukrayna Prezident Aparatının müşaviri Mixaylo Podolyak bəyan edib ki, sızan məlumat Rusiya kəşfiyyatı tərəfindən hazırlanmış “virtual saxta sızmalar” oyunudur.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq verdiyi açıqlamada Müdafiə Nazirliyinin sosial mediada yazılan xəbərlərdən məlumatlı olduğunu və nazirliyin məsələni nəzərdən keçirdiyini, araşdırmalara başlanıldığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…