65 baxış
Bu yazını paylaşın
Dünya

Pentaqon vurulan üç UNO-nun görüntülərini niyə gizlədir?

28 Mart 2023

Pentaqon 2023-cü ilin fevralında vurulmuş üç uçan naməlum obyektin (UNO) görüntülərini yaymaq niyyətində deyil.

 

TELEJURNAL  xəbər verir ki, bu barədə bazar ertəsi axşam ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Daily Mail qəzeti məlumat yayıb.

Nazirlik bildirib ki, hazırda üç video məxfiləşdirilib və ABŞ onları hələlik ictimaiyyətə açıqlamaq niyyətində deyil. “Sizə deyə bilərəm ki, hazırda yayımlamaq üçün heç bir görüntü və ya videomuz yoxdur”,- Pentaqonun sözçüsü bildirib.

Məqalə müəlliflərinin dediyinə görə, əvvəllər UNO tədqiqatçısı Con Qrinvald İnformasiya Azadlığı Aktı çərçivəsində obyektlərin görüntülərini tələb etmişdi. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü izah edib ki, görüntülərdə “kəşfiyyat fəaliyyəti” ilə bağlı məlumatlar ola bilər və “milli təhlükəsizliklə bağlı elmi, texnoloji və iqtisadi məsələlərə” toxuna bilər. Qrinvald Pentaqonun qərarına etiraz etməyi planlaşdırır.

Fevral ayından bəri ABŞ ən azı dörd belə təyyarəni vurub – birincisi Atlantik okeanı üzərində Cənubi Karolina sahillərində, ikincisi Alyaskanın şimalındakı sularda, üçüncüsü isə Kanadanın Arktika ərazisi olan Yukon üzərində məhv edilib. Sonuncu, dördüncü belə obyekt ABŞ-Kanada sərhədindəki Huron gölü üzərində vurulub.

Daily Mail bildirir ki, hazırda Vaşinqton yalnız Cənubi Karolina üzərində Çin şarı olduğu ortaya çıxan obyekt haqqında məlumat yayıb. O, fevralın 4-də ABŞ qüvvələri tərəfindən vurulub. ABŞ-da onu “vacib məlumatların toplanması” ilə məşğul olan “casus şarı” adlandırırdılar. Çin Xarici İşlər Nazirliyi buna etiraz edib. Pekin bunun təsadüfən Amerika ərazisinə düşən meteoroloji zond olduğunu bildirib.

Qalan obyektlərin mənşəyini şərh edən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ-da bu üç obyektin Çinin casus şarı proqramının bir hissəsi olduğuna və ya onların mütləq kəşfiyyat məlumatı topladığına dair heç bir sübut və ya əsasları yoxdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…