26 baxış
Bu yazını paylaşın
Dünya

Pentaqon üç illik müqavilə əsasında 375 ədəd F-35 qırıcı təyyarəsi alacaq.

19 İyul 2022

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yaxın üç il ərzində 375 ədəd F-35 qırıcı təyyarənin tədarükü ilə bağlı “Lockheed Martin” kompaniyası ilə müqavilə imzalayıb.

 TELEJURNAL. az AZƏRTAC- a  istinadla xəbər verir ki, bu barədə ABŞ-ın hərbi-sənaye korporasiyasının mətbuat xidməti məlumat yayıb.

“Lockheed Martin” kompaniyasının məlumatına görə, istehsal olunacaq təyyarələrin yekun miqdarı oktyabrda başlayacaq növbəti maliyyə ili üçün ABŞ Konqresinin büdcəyə edəcəyi düzəlişlərdən və beynəlxalq tərəfdaşlar tərəfindən verilən sifarişlərdən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, Pentaqonun 2019-cu ildə imzaladığı əvvəlki üç illik müqaviləyə əsasən 478 ədəd F-35 qırıcısı ABŞ Silahlı Qüvvələrinə çatdırılıb.

F-35 qırıcı təyyarələrinin istehsalı proqramı korporasiyanın gəlirinin təxminən 27 faizini təşkil edir. İlk dəfə 2007-ci ildə istehsal edilən qırıcı təyyarənin dəyəri 221 milyon dollar təşkil edirdi. Hazırda istehsal miqyasının genişlənməsi ilə əlaqədar beşinci nəsil qırıcılarının dəyəri 79 milyon dollara enib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…