72 baxış
Bu yazını paylaşın
Dünya

Pekin: Çinin xüsusi nümayəndəsi danışıqların başlamasını sürətləndirəcək

28 Aprel 2023

“Çin Xalq Respublikasının Ukrayna böhranının həlli üzrə xüsusi nümayəndəsi təyin edilməsi Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının gedişatının sürətlənməsinə təkan ola biləcək və Pekin diplomatın bu məsələnin öhdəsindən gələ biləcəyinə inanır”.

TELEJURNAL  xəbər verir ki, bunu cümə axşamı Çin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mao Ninq Çinin Rusiyadakı keçmiş səfiri Li Huinin Ukrayna böhranının həlli üçün Çin nümayəndə heyətinin rəhbəri təyin edilməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çinin təyin etdiyi Ukrayna böhranı üzrə xüsusi elçi sülh danışıqlarının irəliləyişini ən yaxşı şəkildə idarə edə biləcək namizəd olacaq.

O, həmçinin vurğulayıb ki, Çin Ukraynadakı böhranın siyasi həllində konstruktiv rol oynamağa davam edəcək.

Bundan əvvəl Çin prezidenti Si Cinpinq Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı böhranın həlli üçün Çinin Ukraynaya xüsusi elçisini göndərəcəyini bildirmişdi.

Qeyd edək ki, yeni vəzivəyə təyin olunan Li Hui 2008-2009-cu illərdə Çin Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb. O, 2009-2019-cu illərdə Çinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…