266 baxış
Bu yazını paylaşın
İqtisadi

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

20 Yanvar 2022

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə saatda 20 kilometr endirilib.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən bildirir ki, bu gün üçün proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaları tövsiyə edilib.
Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meteoroloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etməlidir.
Sərnişinlərdən xahiş edilir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…