54 baxış
Bu yazını paylaşın
İqtisadi

Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib

30 Noyabr 2021

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu ərazisindəki Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri aparılıb.

‘TELEJURNAL’ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən xəbər verir ki, təmir işləri zamanı yolun deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Həmçinin “Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 metr uzunluğunda və 3300 kvadratmetr sahədə, Xutor körpüsündən düşəndə isə 120 metr uzunluğunda və 2175 kvadratmetr sahədə təmir işləri görülüb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.

https://azertag.az/xeber/Paytaxtda_iki_erazide_deformasiyaya_ugramis_ortuk_yenilenib-1939040

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…