87 baxış
Bu yazını paylaşın
Dünya

Patruşev: Ukraynanın dövlət kimi qalması ABŞ-ın planlarına daxil deyil

03 May 2023

ABŞ Ukraynadan yalnız resursları olan ərazi kimi istifadə etməyə hazırlaşır və onu dövlət kimi saxlamaq niyyətində deyil.

TELEJURNAL xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə günü “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Ukrayna amerikalılara ancaq ənənəvi əhalisi olmayan mövcud təbii ehtiyatların amansız istismarı obyekti kimi tələb olunur. Belə bir neonasist xətti ilə Vaşinqton artıq buranı milyonlarla insanın kütləvi şəkildə tərk etdiyi, sosial-iqtisadi problemlərdən və faşizm təfəkkürünün zülmündən xaricə qaçaraq müdafiə axtaranların ərazisinə çevirib”, – deyəo qeyd etdi.

Patruşev diqqəti Vaşinqtonun Kiyev üçün təşkil etdiyi “30 illik təlatümlərin” ölkə əhalisinin yarıya qədər azalmasına səbəb olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu gün Ağ Ev Rusiya Federasiyası ilə “son ukraynalıya qədər” müharibəni “asanlıqla davam etdirməyə” çalışır.

“Eyni zamanda, Ukraynanın dövlət kimi saxlanılması ABŞ-ın planlarına daxil deyil”, – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi yekunlaşdırıb.

Qeyd edək ki, Ukrayna SSRİ-dən ayrılaraq müstəqilliyini elan edəndən sonra 7 dəfə, Putinin Rusiyada hakimiyyətdə olduğu son 23 ildə Ukraynada 6 dəfə prezident dəyişikliyi olub və hər dəfə də Kremilin müdaxilələrinə baxmayaraq yeni hakimiyyət istəyərək və ya məcburən demokratik dəyərlərə daha çox üstünlük verməyə doğru addımlar atıb. 2013-cü ildə ölkədə köklü dəyişikliklər yaradan hərakat başlayıb və bundan narahat olan Rusiya Ukraynaya qarşı işğal siyasətini işə salıb. 2014-cü ildə ölkənin bir hissəsi işğal olunub. 2019-cu ilə hakimiyyətə gələn Vladimir Zelenskinin qərbyönlü siyasəti Rusiyada daha böyük narahatlığa səbəb oldu və preziden Putin ötən ilin fevralında Ukraynaya genişmiqyaslı hücum barədə qərar verdi. Milyonlarla insan yaşayıq yerlərini tərk etmək məcburiyyətində qaldı. On minlərlə insan öldürüldü və ya xəsarətlər aldı. Və bu müharibə hələ də davam edir. Rusiya Təhlükəsizlik Şurasının katibi isə bütün bunlara görə Qərbi günahkar sayır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…