79 baxış
Bu yazını paylaşın
Dünya

Paşinyandan beştərəfli görüşlə bağlı ilk açıqlama

01 İyun 2023

Ermənistan və Azərbaycan 1975-ci ilin xəritəsini növbəti delimitasiya üçün əsas götürməyə etiraz etmirlər.

Telejurnal xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşü zamanı deyib.

O, bunu Ermənistanın 29,8 min hv.km ərazinin tanınması istiqamətində növbəti addım adlandırıb.

“Biz tərəflərin suverenliyi və yurisdiksiyası altında 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin icrası ilə bağlı regional kommunikasiyalar açmağa hazırıq”, – Paşinyan bildirib.

O, beştərəfli görüşü faydalı adlandırıb.

Paşinyan bildirib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi Almatı Bəyannaməsi əsasında SSRİ-nin inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanınması əsasında müzakirə edilib.

Ermənistanın baş naziri bir daha bəyan edib ki, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində “Bakı-Xankəndi dialoqu” formatında müzakirə edilməlidir.

Qeyd edək ki, Azərbaycan delimitasiya prosesində hansı xəritənin əsas götürüləcəyi haqda indiyə qədər heç bir mövqe bildirməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…