25 baxış
Bu yazını paylaşın
Dünya

Paşinyan yenə Moskvaya gedir

29 May 2023

İyunun 7-9-da Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlar aparacaq.

Telejurnal xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov deyib.

“İyunun 7-9-da Mişustin Paşinyanı qəbul edəcək. Ola bilsin ki, burada nəsə baş verə bilər, bilmirəm”, – o bildirib.

Paltov əlavə edib ki, regionda kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı sənəd artıq hazırdır, bəzi texniki məsələlər qalıb:

“Lakin hələ ki, tərəflər son addımı ata bilmir. Ümid edirəm ki, bir həftədən sonra bütün bunlar bir növ praktik müstəviyə çevriləcək və ola bilsin ki, liderlər yenidən bir araya gəlməli olacaq”.

Ermənistan baş nazirinin mayın 25-də Moskvada Rusiya prezidenti ilə görüşünə toxunan Paltov şəxsən iştirak etdiyi söhbətin konstruktiv keçdiyini qeyd edib.

Onun sözlərinə görə, Paşinyan və Putin 2 saatdan çox danışıblar.

Qeyd edək ki, 7-9 iyun tarixlərində Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının, eləcə də Avrasiya Konqresinin növbəti iclası keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…