30 baxış
Bu yazını paylaşın
Siyasi

Paşinyan: “Rusiyanın danışıqlarda aktivliyi Ukraynadakı hadisələrə görə azalıb”

25 İyul 2023

“Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində danışıqlarda Rusiyanın fəallığının azalması Ukraynadakı hadisələrlə bağlıdır”.

TELEJURNAL   “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir son vaxtlar Qərb platformalarında görüşlərin üstünlük təşkil etməsinə və ABŞ Dövlət katibi Entoni Bliken ilə bir neçə dəfə telefon danışığının baş tutmasına diqqət çəkib.

“Mən ABŞ-ın səylərini yüksək qiymətləndirirəm, çünki onlar sülh müqaviləsinin reallaşması üçün həqiqətən böyük səy göstərirlər”, – Paşinyan bildirib.

Onun fikrincə, bu, Rusiya və ya Qərbi prosesdən kənarlaşdırmaq istəyi ilə bağlı deyil, obyektiv səbəblərdən baş verir: “Rusiyanın danışıqlar və təşəbbüskarlıq baxımından fəallığının azalması Moskvanın məsələnin həllini istəməməsinə görə deyil, Ukraynadakı hadisələrlə bağlıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…