55 baxış
Bu yazını paylaşın
Dünya

Paşinyan Putinlə söhbətinin bəzi təfərrüatlarını açıqladı

14 Mart 2023

 

“Rusiya prezidenti Vladimir Putinlə söhbətin əsas mövzusu Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsi ilə bağlı olub”.

TELEJURNAL xəbər verir ki, bunu çərşənbə axşamı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. “Rusiya prezidenti ilə dünənki söhbətimiz əsasən Dağlıq Qarabağda eskalasiya təhlükəsinə həsr olunub. Mən əldə etdiyim məlumatları, təəssüratları və Rusiya sülhməramlılarının məsuliyyəti sahəsində problemlərin olması ilə bağlı fikrimi çatdırdım”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanla Rusiya Federasiyası arasında münasibətlər kontekstində ən mühüm problemdir. Paşinyan Azərbaycan hərbçilərinin Qarabağda apardığı anti-teror əməliyyatı və sonra sülhməramlıların bazası qarşısında etiraz aksiyasının keçirilməsinə diqqət çəkib və bunu “gözlənilməz hadisə” adlandırıb.

Baş nazir qeyd edib ki,hadisə sülhməramlıların məsuliyyət zonasında baş verib. “Mən narahatlığımı Rusiya Federasiyasının prezidentinə bildirməyi zəruri hesab etdim”, – deyə Paşinyan bildirib.

Bundan əlavə, o, mətbuat konfransında iştirak edən jurnalistin “Qarabağ nizamlanması ilə bağlı Rusiya Federasiyasının mövqeyini səsləndirin” xahişinə belə cavab verib: “Bu düzgün olmaz, çünki Moskva özü bunu dəfələrlə bildirib”.

Bundan əvvəl Ermənistan hökumətinin mətbuat xidməti xəbər vermişdi ki, ER baş naziri Rusiya prezidenti ilə telefon danışığında azərbaycanlıların Laçın dəhlizində keçirdiyi aksiya ilə bağlı müzakirlər aparıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…