33 baxış
Bu yazını paylaşın
Siyasi

Paşinyan kütləvi etirazlar səbəbindən gizli şəkildə prezidentin kabinetinə köçüb

25 İyul 2023

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin iyun ayından ölkə prezidentinin İrəvanda, Baqramyan 26 ünvanındakı iqamətgahına köçərək iş yerini dəyişib.

Telejurnal  bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hökumət binasında “növbəti təmir işləri” gedir. Halbuki 2019-cu ildə bina tamamilə təmir edilib, 124,5 milyon dram və ya təxminən 325 min ABŞ dolları xərclənib. Ötən ilin sonunda təxminən 16 milyon dram dəyərində lift quraşdırılıb, bahalı xalçalar və mərmər plitələr alınıb.

Məlumata görə, hökumət binasının istilik sisteminin təmirinə daha 17,5 milyon dram ayrılıb. Bütün bunlardan sonra yerli hakimiyyət yenidən təmir işlərinə başlamaq qərarına gəlib.

Lakin Paşinyanın iş yerini dəyişməsinin səbəbləri tam başqadır. “Göründüyü kimi, Nikol Paşinyan Baqramyan 26-da özünü tam təhlükəsiz hiss edir və onun yenidən bu binada məskunlaşmaq qərarına gəlməsi mümkündür”, – “Joqovurd” qəzeti yazır.

Baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları Paşinyana deyiblər ki, hökumət binası tez-tez keçirilən etiraz aksiyaların məkanına çox yaxındır və binaya daxil olmaq daha asandır. Ona görə də Paşinyan özünü Baqramyan küçəsi 26 ünvanında daha təhlükəsiz hiss edir.

“Amma bu vəziyyətdə prezident Vaaqn Xaçaturyan üçün narahatlıq yaranıb, çünki onun kabinetinə Nikol Paşinyan yerləşdirilib. Xaçaturyan özü isə başqa kabinetə gedib”, – qəzet vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…