30 baxış
Bu yazını paylaşın
Siyasi

Paşinyan İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlayacağına söz verib

22 May 2023

“Ermənistanın Mehri rayonu yaxınlığında İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır”.

TELEJURNAL   xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı Baş İdarəsinin Mehridə apardığı irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin bütün fəaliyyəti Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir.

N.Paşinyan həmin ərazidə reallıqda baş verənləri araşdıracağına söz verib: “Bu hərəkətlər razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə problemlər yaradırsa, o zaman bu məsələ mütləq müzakirə olunacaq”.

Baş nazir əlavə edib ki, rəsmi İrəvanla razılaşdırılmış yerləşdirmə məntəqələri mövcuddur: “Ancaq bu, o demək deyil ki, həmin yerləşdirmə məntəqəsi daimi olmalıdır. Vəziyyətdən çıxış edərək bütün detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik”.

Qeyd edək ki, ikitərəfli razılaşmaya əsasən, Rusiya sərhədçiləri Ermənistanla İran arasında sərhədin bir hissəsi və nəzarət-buraxılış məntəqəsi Meqridə yerləşir. Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədini qoruyur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…