47 baxış
Bu yazını paylaşın
Siyasi

Paşinyan: “Azərbaycanla danışıqların gündəliyi bütün platformalarda eynidir”

25 İyul 2023

“Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda – Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır”.

TELEJURNAL  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu kontekstdə deyirəm ki, danışıqlarda uğur qazanmaq lazımdır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir”, – o deyib.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…