52 baxış
Bu yazını paylaşın
Dünya

Parisdə iğtişaşlar zamanı 37 polis və jandarm yaralanıb, binalar yandırılıb

29 Noyabr 2020

Parisdə iğtişaşlar zamanı 37 polis və jandarm yaralanıb, binalar yandırılıb

Parisin mərkəzində etiraz aksiyalarının gedişatında 40-a yaxın asayiş keşikçisi zərər çəkib.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

“37 polis və jandarmlar zərər çəkib. Mən yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı pisləyirəm”, – deyə o tvitterdə yazıb.

“France 24”ün məlumatına görə, Parisin küçələrinə “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan 46 mindən çox insan çıxıb. Aksiya iştirakçıları polis zorakılığına qarşı çıxırlar və KİV-in azadlığını, həmçinin Darmanenin istefasını tələb edirlər. Etirazçılar həmçinin Bordo, Lill, Strasburq, Monpele, Nant və başqa şəhərlərin küçələrinə çıxıblar. Yerli KİV aksiyalara ümumilikdə 130 min insanın qatıldığını bildirib.

Parisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin mərkəzindəki qarışıqlıqların gedişatında bir neçə maşın və bina yanıb. Yandırılan binalar arasında Fransa Bankının binası da var.

Etirazçılar polislərə daş atır, həmçinin tonqallar qalayır və barrikadalar qururlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…