46 baxış
Bu yazını paylaşın
Uncategorized

Paraqvaylı senator Azərbaycanı qələbə münasibətilə təbrik edib

11 Noyabr 2020
Paraqvaylı senator Azərbaycanı qələbə münasibətilə təbrik edib

Blas Lanzoni Açinelli

“Azərbaycan Respublikasının tam ərazi suverenliyini dəstəklədiyimi bildirmək mənim üçün böyük şərəfdir və möhtəşəm Şuşa şəhərinin 8 noyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri tərəfindən azad olunduğunu bilməkdən çox məmnunuq”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu sözləri Paraqvayın milli senatoru Blas Lanzoni Açinelli Azərbaycanı dəstəkləyən bəyanatında söyləyib.

“Ermənistanın faşist rejimini və onların mülki insanlara və uşaqlara qarşı amansız hücumlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktları beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”, – o deyib.

Senator həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Xızı şəhərlərinə və Abşeron rayonuna ballistik raketlərlə hücum etməsini kəskin qınayıb.

“Biz Asunsyonda Azərbaycan Prezidentini dəstəkləməyə hazırıq və Azərbaycanın əfsanəvi silahlı qüvvələrinin uğurlarını yaxından izləməyirik. Şuşa, Xankəndi, Dağlıq Qarabağ – bunlar hamısı Azərbaycandır!”- senator vurğulayıb.

Açinelli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib: “Noyabrın 9-da imzalanan saziş, eləcə də faşist erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən tamamilə çıxarılması müasir Avropa tarixində əlamətdar hadisədir və Prezident İlham Əliyev böyük liderlik hissi nümayiş etdirdi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…