70 baxış
Bu yazını paylaşın
İqtisadi

Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir

27 Noyabr 2020

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti fasiləsiz qaydada həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə noyabrın 26-da keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Ziya təkər evi” ticarət obyektində, Emin Əliyarova məxsus mebel sexində, “AMEX” MMC-nin ofisində, Nərimanov rayonunda “Albero concept” MMC-yə məxsus mebel mağazasında, Nəsimi rayonunda “Dynamex express” MMC-də, “Best brands group MA” MMC-yə məxsus “LC Waikiki geyim mağazası”nda, Sabunçu rayonunda Miri İbrahimova məxsus “Şüşə kəsim sexi”ndə, Suraxanı rayonunda Əvəz Baxşalıyevə məxsus “Tikinti malları” mağazasında, Xətai rayonunda “Rahat market Babək”də, Cahangir Quliyevə məxsus mağazada, Xəzər rayonunda Pirəli Məmmədova məxsus tikinti malları mağazasında, Yasamal rayonunda Günay Bayramovaya məxsus pərdə mağazasında, Ümid Həsənliyə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…