63 baxış
Bu yazını paylaşın
Maraqlı

Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək

28 İyul 2023

Bakıda Pakistanın dəstəyi ilə İKT mütəxəssislərinin hazırlanması üçün yaradılacaq təlim mərkəzi bu ilin sonunadək fəaliyyətə başlaya bilər.

Bunu  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında bildirilir.

Qurum mərkəzdə hansı istiqamətlər üzrə tədrisin aparılacağını da açıqlayıb:

“Yeni təlim mərkəzində əsasən süni intellekt (AI) və “QA” (Quality Assurance) üzrə mütəxəssislər hazırlanacaq. Hazırda təlim mərkəzi üçün yerin seçilməsi və proqramın müəyyən edilməsi prosesi gedir. Yəqin ki, ilin sonuncu rübünə dərslərə başlamaq olar”.

Agentlikdən bildirilib ki, hazırda bu sahələrdə ölkəmizdə mütəxəssislərin çatışmazlığı var və bu səbəbdən də tədrisin həmin sahələrlə bağlı olması razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistana səfəri çərçivəsində iyulun 19-da bu ölkənin Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanmasına dair COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…