40 baxış
Bu yazını paylaşın
Siyasi

PA nümayəndəsi: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri lazımınca yerinə yetirib”

05 Aprel 2022

“Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öz öhdəliklərini lazımınca yerinə yetirib”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı çıxışında deyib.

Sektor müdirinin sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir:

“Vətən müharibəsindən sonra ölkəmizdə yeni reallıq yaranıb. Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Prosesi vətəndaş cəmiyyətləri başlada bilər. Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsizlik şəkildə doğma yurdlarına qayıtmasının qarşısını almış olur. Həmçinin itkin şəxslərlə bağlı məsələlər də önəmlidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…