25 baxış
Bu yazını paylaşın
Siyasi

P.Mixalko: Bakı limanı ilə bağlı yeni layihəyə başladıq

15 Dekabr 2022

Avropa İnkişaf Bankı Gəncə şəhərində müvafiq layihədə iştirak edir. İkinci layihəmiz isə kənd ərazilərinin maksimum internetlə təmin edilməsidir və “AzTelekom” bu sahədə bizə yardım edir.

TELEJURNAL xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində söyləyib.

Dekabrın əvvəlində Bakı limanı ilə bağlı yeni layihəyə başladıqlarını bildirən səfir qeyd edib ki, məqsəd bu limanı yaşıl layihəyə cəlb etmək və regionda qovşağa çevirməkdir.

“Ticarət müdafiəsi sahəsində də irəliləyişlər olub. Azərbaycandan ixrac olunan malların yarıdan çoxu Aİ-yə yönəlib. Bu da o deməkdir ki, Azərbaycan bizim üçün əsas tərəfdaşdır. Enerji sahəsi hakim mövqeyə malikdir. Avropa İttifaqı Azərbaycanda qeyri-neft sektorunun inkişafına da töhfə verir”, – deyə Peter Mixalko vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…