45 baxış
Bu yazını paylaşın
Müsahibə

özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir-İlyas Hüseynov

04 İyul 2023

Fransanın Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı Əlcəzair əsilli  yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar səngimək bilmir. Fransa polisi iğtişaşlar zamanı 3200 nəfəri saxlayıb. Bu ölkənin daxili işlər naziri Jerald Darmanin brifinqdə bildirib ki, saxlanılanların orta yaş həddi 17-dir. Həmin şəxslərin 60%-i daha əvvəl məhkumluğu olmayan şəxslərdir. Təkcə iyulun 3-nə keçən gecə iğtişaşlarda iştirak edən 157 nəfər saxlanılıb.

.

Eyni zamanda, iğtişaşlar nəticəsində bir çox təhsil müəssisəsinin binaları zədələndiyi üçün minlərlı şagird dərsə gedə bilməyəcək. Bu barədə BFMTV kanalı məlumat yayıb. Ən çətin vəziyyət Amiens, Dijon və Brestdə yaranıb. Bəzi tədris binaları o qədər zədələnib ki, ilin sonuna kimi açılmayacaq. Fransanın 10 şəhərində komendant saatı elan olunub.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Telejurnal.az açıqlamasında bildirib ki, Fransadakı etirazlar artıq geniş miqyas alıb. Onun sözlərinə görə, polis əməkdaşı tərəfindən 17 yaşlı yeniyetmə məhz irqi ayrı-seçkilik zəmində qətlə yetirilib: “Bu, Fransada ilk hadisə deyil, 2023-cü ildə yol polisinin öldürdüyü ikinci şəxsdir. Ötən il isə irqi ayrı-seçkilik səbəbindən 13 nəfər öldürülüb. Gənc Nahelin ölümü isə insanların ayağa qalxması üçün qığılcım oldu.  Belə ki, ölkəni bürüyən zorakılıq  aktları, kütləvi iğtişaşlar Fransada dövlət böhranına yol açdı. Hadisənin ilk iki günündə Prezident Emmanuel Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də onların heç bir nəticəsi olmayıb. Çünki Fransada hökumət vətəndaşların etirazlarına nəinki lazımi cavab verməyib, əksinə zorakılıqlara əl atıb. Fransa hakimiyyəti daxili idarəetmədə səriştəsizlik nümayiş etdirdiyi kimi, xarici siyasətdə digər ölkələrin işlərinə müdaxiləyə cəhd etməklə ardıcıl səhvlər edir. Yəni, bu  gün ölkəni bürüyən etirazlar son illər yığılıb qalmış problemlərin nəticəsidir. Xalq  Makron hakimiyyətindən bezib”.

Politoloq qeyd edib ki, bugünkü vəziyyət bir daha Fransada dövlətin öz səlahiyyətlərini yerinə yetirmədiyini, idarəetmənin çökdüyünü nümayiş etdirir:  “Dövlət idarəçiliyində yol verilən səhvlər, polislə vətəndaşlar arasında olan ziddiyyətlər iğtişaşların alovlanmasına səbəb oldu. Fransada Afrikadan, Asiyadan gələn miqrantlara qeyri-bərabər münasibət sərgilənir. Bu, eyni zamanda, Fransada irqçiliyin, xüsusilə də müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatdığını göstərir. Polis mənşəcə Şərqi Avropa ölkələrindən olan gənclərə də “ərəb” deyərək, bir növ müsəlmanlara qarşı olan ayrı-seçkiliyi aydın şəkildə göstərir. Fransada irqi ayrı-seçkilik tarixən mövcud olub. Makronun hakimiyyəti dövründə isə bu məsələ özünü daha qabarıq formada göstərib. Etimadı tam itirmiş Makron qeyri-fransızları 2-ci və ya 3-cü dərəcəli şəxslər kimi görür. Burada əsas mahiyyət bundan ibarətdir ki Fransa özünün tarixi müstəmləkəçilik niyyətindən əl çəkə bilmir”.

İ. Hüseynov vurğulayıb ki, özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir: “Fransa bu siyasətlə özünü nüfuzdan salıb. Paris küçələrində polisin amansızlığı, şiddəti, repressiv addımları özünü ən pik həddə göstərməkdədir. Utanmadan dünyaya demokratiya dərsi keçməyə çalışan, liberal dəyərlərdən, plüralizmdən söz açan rəsmi Parisin özünün demokratiyaya ehtiyacı var. Artıq elə bir vəziyyət yaranıb ki, Fransada insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyətin toxunulmazlığı kimi fundamental hüquqları təmin edilmir”.

Politoloqun sözlərinə görə, ölkədə iğtişaşlar olduğu bir halda Emmanuel Makronun konsertdə əylənməsi etirazçıları daha da qıcıqlandırır.  Makrona vaxtilə səs verənlər bu gün onun siyasəti ilə razı deyillər.

Mehin Vəliyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…