23.10.2024 13:38:08
24 baxış
Bu yazını paylaşın
Siyasi

Özbəkistan portalları Azərbaycan Prezidentinin Ağdam və Ağcabədi rayonlarına səfərindən yazır

16 Fevral 2022

Özbəkistan portalları Azərbaycan Prezidentinin Ağdam və Ağcabədi rayonlarına səfərindən yazır

16.02.2022 [03:37]SİYASƏT

 

Daşkənd, 16 fevral, AZƏRTAC
Özbəkistanın “qalampir.uz”, “darakchi.uz” və “interpress.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam və Ağcabədi rayonlarına səfəri haqqında məqalələr yerləşdirib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “qalampir.uz”, “darakchi.uz” portalları səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqlarından bəhs edib.
Yazılarda bildirilir ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.
Saytlar yazır ki, görülən işlərlə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Məqalələrdə 44 günlük Vətən müharibəsi haqqında da məlumat verilir, Azərbaycan torpaqlarının 30 illik işğaldan sonra azad edildiyi bildirilir.
“interpress.uz” portalında isə Azərbaycan Prezidenti İlham Əliyevin yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını etməsi haqqında yazılıb.
Məqalədə qeyd olunur ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top