277 baxış
Bu yazını paylaşın
Siyasi

Özbəkistan portalı Azərbaycanda “Şuşa İli” elan olunması ilə bağlı məqalə yayımlayıb

12 Yanvar 2022

Özbəkistanın “ziyouz.uz” portalı öz səhifəsində 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə bağlı özbək dilində məqalə yerləşdirib.

“TELEJURNAL”  AZƏRTAC – a istinadan  xəbər verir ki, materialda Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında məlumat verilir.

Yazıda deyilir ki, şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk vaxtlarda şəhər Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlanıb.

Materialda bu il Şuşa şəhərinin 270 illiyinin qeyd edilməsi haqqında danışılır, orada aparılan tikinti və quruculuq işlərindən söhbət açılır.

Məqalədə vurğulanır ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğala məruz qalıb, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri tərəfindən azad edilib.

Yazıda Şuşa şəhərinin qədim abidələri, zəyarətgahları, hər birinin məscidi, bulağı, hamamı olan 17 məhəlləsi, tanınmış şəxsiyyətləri haqqında məlumat verilir. Qeyd edilir ki, Şuşanın işğalına qədər şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili var idi və düşmən bu abidələrin əksəriyyətini dağıdıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…