247 baxış
Bu yazını paylaşın
Siyasi

Özbəkistan parlamentinin sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırılıb

26 Noyabr 2021

Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

‘TELEJURNAL’  xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolunu vurğulayıb. Sədrin sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. Sədr hazırda Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da genişləndirilməsi üçün müvafiq hüquqi bazanın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini deyib. Sahibə Qafarova, həmçinin ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında həmkarını məlumatlandırıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da dost ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək qeyd edib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir. O, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında parlamentlərin rolunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Ozbekistan_parlamentinin_sedri_Azerbaycanin_Veten_muharibesinde_Qelebesinden_sonra_regionda_yaranmis_veziyyet_barede_melumatlandirilib-1936304

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…