36 baxış
Bu yazını paylaşın
Siyasi

Özbəkistan-Azərbaycan taktiki komanda-qərargah təliminin təntənəli açılışı olub

31 İyul 2023

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb , təlim iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin ordularımız arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, “UZAZ-2023” təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.

Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…