339 baxış
Bu yazını paylaşın
Müsahibə

“Özbaşına apteklərə müraciət edib dərmanlar qəbul edirlər”-Allerqoloq Ramin Nəriman

05 İyul 2023

Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur.Bəs Allergiyaların səbəbi nələrdir,qarşısını necə almaq olar,necə tanımaq olar? Allerqoloq Ramin Nəriman TELEJURNAL’a bu suallar ətrafında müsahibə verib. Ramin bəyə ilk sualımız belə oldu:

Allergiyanı necə tanımaq olar,Allergik reaksiya zamanı nə etmək lazımdır?

-İlk yardım olaraq mütləqdir ki,şəxs tibb müəssisəsinə müraciət etsin.Ümumiyyətlə hər hansı bir problemin olduğunu müəyyən etmək üçün həmin xəstəliyin düşündüyümüz xəstəlik olduğunu təsdiq edəcək analizlər həyata keçirilməlidir.Yəni hər hansı bir qida məhsulunun qəbulundan yaranan reaksiyanın, doğrudan da allergik və yaxud qeyri-allergik olmasını təsdiq etmək üçün mütləq həmin şəxs tibbi müayinələrdən,prosedurlardan keçməlidir.Və həmin müayinələr əsasında dəqiqləşdirilməlidir ki,allergik reaksiyadır,ya yox.Onun əsasında da şəxsə tibbi yardım göstərilir

Yay aylarında qidalara bağlı zəhərlənmə və allergik reaksiyaların artması nə ilə bağlıdır?

-Bu onunla bağlıdır ki,yayda qidaların saxlanmasına qoyulan tələblər müəyyən dərəcədə pozulur və havanın tempraturu ilə bağlı qidaların düzgün saxlanılmaması, bunun nəticəsində də qidaların müəyyən dərəcədə dəyişikliyə məruz qalması nəticəsində,onu qəbul etdikdə zəhərlənmə və allergiya müşahidə olunur.Əksər hallarda,xüsusən yay aylarında qidaların qəbulundan yaranan problemlər allergiyadan kənar olan reaksiyalardır.Belə reaksiyalar ürəkbulanma,qusma,ishal,baş ağrıları,baş gicəllənməsi kimi hallarla müşahidə olunur.Bəzən də dərinin səpməsi və qaşınma kimi hallara rast gəlmək də mümkündür.Lakin bu o demək deyil ki,baş verən reaksiyaların hamsı allergik reaksiyalardır.Bunların əksəriyyəti qeyri-allergik reaksiyalar olur,amma çox təssüf ki,əhali onları çox vaxt allergik reaksiya olaraq qəbul edir və özbaşına apteklərə müraciət edib dərmanlar qəbul edirlər.

Qida Allergiyası niyə bu qədər yayılıb?

-Dünyada ən düzgün statistikanı aparan dövlət ABŞ’dır,onların statistikalarından,eləcə də dünyanın tanınmış tibb mərkəzlərinin verdiyi məlumatlardan da məlum olur ki,doğrudan da,son illərdə allergik reaksiyaların artımı müşahidə olunur.Bunun səbəbi də onunla bağlıdır ki,təbabətin inkişafı ilə bağlı olaraq müəyyən qrup dərmanlar istifadə olunur ki,hansı ki,o dərmanlar immun sisteminə müəyyən dərəcədə təsir edir,orqanizmin immun cavab reaksiyalarını dəyişdirirlər,digər tərəfdən də insanların qeyri-düzgün qidalanma rejimi,iş rejimi,havanın kirliliyin artması,havada qaz dənəciklərinin,toz hissəciklərinin artması da immun sisteminə təsir edir,buna görə də, hətta normalda problem yaratmayacaq hallara da orqanizm reaksiya verir və nəticədə də allergik reaksiyaların artmasına səbəb olur.

FATİMƏ ZEYNALOVA.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…