40 baxış
Bu yazını paylaşın
Siyasi

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 12 əmtəə nişanı qeydiyyata alınıb

01 Mart 2022

2021-ci il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 119 ədəd patent qeydiyyata alınıb, onlardan 102 ədədi milli, 17 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub. 2021-ci ildə qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, faydalı modellərə dair 27 ədəd patent qeydiyyata alınıb, onlardan 21 ədədi milli, 6 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Sənaye nümunələrinə dair 27 ədəd patent qeydiyyata alınıb, onlardan 15 ədədi milli, 12 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Hesabat dövründə müvafiq Dövlət reyestrində 2379 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 1453 ədədi milli, 926 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…