29 baxış
Bu yazını paylaşın
İqtisadi

Ötən il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi”nə 5 minə yaxın zəng daxil olub

17 Yanvar 2022

Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4980 müraciət qəbul edilib.

“TLEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, daxil olan zənglərin 3003-ü elektrik enerjisi təchizatı, 431-i qaz təchizatı, 313-ü sayğacların quraşdırılması, 41-i mərkəzi istilik sistemi, 1087-si isə digər məsələlərlə bağlı olub. Zənglərin 94-nü təşəkkür xarakterli, 11-ni isə qaz sızması və ya dəm qazı ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olmuş müraciətlər təşkil edib.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeliyindəki qurumlara yönəldirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar xətt”i fəaliyyət göstərir.

“Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər. “Çağrı Mərkəzi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir.

https://azertag.az/xeber/Oten_il_erzinde_Energetika_Nazirliyinin_CHagri_Merkezine_5_mine_yaxin_zeng_daxil_olub-1977300

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…