439 baxış
Bu yazını paylaşın
İqtisadi

Ötən il büdcənin icrasında 993,7 milyon manatlıq kəsir yaranıb

26 Yanvar 2022

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri 27 milyard 412,8 milyon manat təşkil edib, büdcənin icrasında 993,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər kəsir yaranıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 22 milyard 803,5 milyon manat, xərcləri isə 22 milyard 309,5 milyon manat təşkil edib. Daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 12,5 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 48,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 17,6 faizi təhsil və səhiyyənin, 17,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 16,9 faizi iqtisadi fəaliyyətin, 14,8 faizi ümumi dövlət xidmətlərinin, 13,4 faizi sosial müdafiə və sosial təminatın, 7,7 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 12,3 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…