35 baxış
Bu yazını paylaşın
Siyasi

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 4200-ə yaxın müraciətə baxılıb

15 Fevral 2023

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4576 müraciətdən 4180-nə baxılıb, 124-ü aidiyyəti üzrə göndərilib, 272 müraciət isə baxılmaqdadır.

TELEJURNAL xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 15-də keçirilən iclasının gündəliyinə daxil edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 100 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib. Həmin təkliflər əsasında 97 akt ləğv edilib, məhkəmədə 2 akt üzrə iddia qaldırılıb, biri isə baxılmaqdadır.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3799 aktdan 2044-ü ləğv edilib, 1399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…