41 baxış
Bu yazını paylaşın
İctimai

Ötən gün əri tərəfindən qətlə yetirilən qadının tələbə olduğu müəyyənləşib

21 İyun 2023

Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

Bu barədə BDU-nun mətbuat xidməti bildirib.

“Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi qətlə yetirilib. BDU kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub”, – məlumatda deyilir.

Qeyd edək ki, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…