43 baxış
Bu yazını paylaşın
Uncategorized

Ötən gün düşmən Tərtərə 147 top mərmisi, 4 raket atıb

27 Oktyabr 2020

Ötən gün düşmən Tərtərə 147 top mərmisi, 4 raket atıb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi atıb.

Bu barədəTelejurnal.az REPORT-a istinadən xəbər verir.

Məlumata görə, düşmən tərəfindən Tərtər şəhəri və rayon ərazisinə ümumilikdə 4 “Smerç” raketi atılıb.

Nəticədə 1 mülki ev tamamilə dağılıb, 18 evə, 1 çoxmənzilli yaşayış binasına, 1 xidmət sahəsinə və 1 inzibati binaya ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilikdə 15 300 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 845 evə ziyan dəyib, 132 ev, 31 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 2 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 66 yardımçı tikiliyə, 24 sosial obyektə, 1 abidəyə, 6 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 26 ticarət obyektinə, 5 xidmət sahəsinə, 18 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…