31 baxış
Bu yazını paylaşın
Siyasi

Orxan Məmmədov: “Regionlardakı sahibkarlar işə qəbulda daha çox qohumluq əlaqələrinə fikir verirlər”

21 İyun 2023

Azərbaycanın regionlarında fəaliyyət göstərən sahibkarlar işə qəbul zamanı daha çox qohumluq əlaqələrinə fikir verirlər.

Telejurnal xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən İnsan Resursları Zirvəsində – “Köçü qarşıla” mövzusundakı paneldə bildirib.

“Bu baxımdan sahibkarların bilik və bacarıqların artırılması əsas məsələlərdəndir. Onlar da insan resursları məsələsinə diqqət yetirsə, mənfəətlərini artıra biləcəklər. Ancaq regionlarda bu məsələyə az diqqət yetirilir. Orada daha çox qohumluq əlaqələrinə fikir verilir. Bu məsələyə dair dövlət qurumlarının məlumatlılığı artırılmalıdır. Biz də bu məsələni diqqətdə saxlayırıq və bundan sonra da iş adamları arasında maarifləndirmə işləri aparacağıq”, – deyə o qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…