53 baxış
Bu yazını paylaşın
Siyasi

Ordunun uğursuzluqlarına görə Paşinyan qisasa başladı

08 Oktyabr 2020

Ermənistan Baş Naziri Nikol Paşinyanın yürütdüyü uğursuz daxili və xarici siyasət nəticəsində yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları və Azərbaycan Ordusunun qələbələrindən sonra Dağlıq Qarabağın erməni əsilli icması əməlli-başlı hiddətlənib. 

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə, onsuz da Paşinyan hakimiyyətindən narazı olan Qarabağın erməni icması nümayəndələri arasında bölgədə Azərbaycan hakimiyyətinin bərqərar olmasını və tezliklə sülhün bərqərar olmasını istəyənlərin sayı getdikcə artmaqdadır.

Etibarlı mənbələrdən əldə olunan məlumatlarda onların arasında Azərbaycan Ordusunu dəstəkləyən qruplaşmanın olduğu da göstərilir. Bu da Paşinyan və onun tərəfdarlarının ciddi narahatlığına səbəb olub. Bu baxımdan, son çırpıntılarını edən Paşinyan öz uğursuzluğunda Qarabağ icmasını və bu icmanın nümayəndələri olan hərbi qulluqçuları günahlandırır. Hətta 08.10.2020-ci il tarixində Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi Arqişti Kyaramyanın vəzifədən təcili olaraq azad edilməsi onun sözügedən qruplaşmanın fəaliyyətini dəstəkləməsi ilə əlaqələndirilir. Eyni zamanda Paşinyan Dövlət Təhlükəsizlik Xidməti rəisi A. Kyaramyanı Azərbaycan Ordusuna rəğbət bəsləyənlərə qarşı səmərəli mübarizə aparmamaqda günahlandırır.

Məlumatı verən onu da iddia edir ki, Paşinyan Dövlət Təhlükəsizlik xidmətinin rəisini Azərbaycan Ordusuna dəstək vermək arzusunda olanlara qarşı səmərəli tədbir görmədiyinə və onları “ifşa etməkdən” imtina etdiyinə görə təcili vəzifədən uzaqlaşdırıb. Görünən odur ki, Paşinyan hər şeyi Qarabağın erməni icmasının üzərinə yıxmaqla canını qurtarmaq və sudan duru çıxmaq niyyətindədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…