108 baxış
Bu yazını paylaşın
İqtisadi

“OPEC+” nazirlərinin videogörüşü fikir ayrılıqları səbəbindən bu gün davam edəcək

05 Yanvar 2021

Yanvarın 4-də başlayan OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü fikir ayrılıqları ilə əlaqədar bu gün də davam edəcək.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak “Əməkdaşlıq Bəyannaməsi”nin əhəmiyyətini vurğulayıb, 2020-ci ilin qlobal neft bazarı üçün çətin il olduğunu bildiriblər. Həmçinin “Əməkdaşlıq Bəyannaməsi”dən irəli gələn məsələlər üzrə müzakirələr aparılıb. Lakin iclasda neft hasilatının artırılıb-artırılmayacağına dair qərarın verilməsi ilə bağlı danışıqlarında hər hansı konsensus olmayıb və iclas bu günə keçirilib.
Bütün bu proseslər fonunda birjalarda neft qiymətlərində son 2 həftədəki ən böyük azalma qeydə alınıb, ancaq hazırda qiymətlər sabitdir.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin dekabrda keçirilən 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…