95 baxış
Bu yazını paylaşın
İqtisadi

On bir ayda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 3,4 faiz artıb

22 Dekabr 2021

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 46 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artıb.

‘TELEJURNAL’ Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,2 faiz artaraq 44,3 milyard manata bərabər olub, onun 48,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 417,6 manat və ya 2020-ci ilin eyni dövrünə nisbətən nominal ifadədə 35,2 manat çox vəsait xərcləyib.

https://azertag.az/xeber/On_bir_ayda_satilmis_mallarin_ve_gosterilmis_xidmetlerin_deyeri_34_faiz_artib-1958218

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…