52 baxış
Bu yazını paylaşın
Siyasi

Ombudsman: “Azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmalıyıq”

31 Mart 2023

“Azərbaycanlılara qarşı törədilən soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmalıyıq və Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir”.

TELEJURNAL   Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 31-də Qubada jurnalistlərə açıqlamasında deyib.

Ombudsman bildirib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdi: “Yalnız ulu öndərin 1998-ci ildə imzaladığı müvafiq sərəncamla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Dövlət başçısı İlham Əliyevin bizə tapşırığı odur ki, bu məsələləri həmişə diqqətdə saxlayaq, bütün beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Azərbaycan həqiqətləri budur”.

Qeyd edək ki, Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilir. Ombudsman Səbinə Əliyeva tədbirdə iştirak edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…