91 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Ölkəmizdə ahılların hərtərəfli dövlət qayğısı ilə əhatə olunur

10 İyul 2023

30 İyun 2023 – cü il tarixdə Ana Vətən Partiyasının təşkilatçılığı, Yaşam Və Təbəssüm Xeyriyyə Komandasının maddi dəstəyi ilə “Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi” ndə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Telejurnal.az  xəbər verir ki, Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının salamları və təbrikləri tədbir iştrakçılarına çatdırılıb.  Tədbirdə Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı, Yaşam Könüllü Xeyriyyə Komandasından Rauf Aslanov, Əfsanə Nərimanova, Təbəssüm Könüllü Xeyriyyə Komandasından Elsevər İsayev və digər gənclər iştrak ediblər.
Bayram tədbirində musiqili qonaqlar ahıllara xoş anlar yaşadıblar.
Günay Ağamalı ölkəmizdə ahılların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından söz açıb. Dövlət başçımız Cənab İlham Əliyevin, birinci Vitse – Prezidentimiz Mehriban Xanım Əliyevanın böyük diqqət və qayğı ilə yanaşmalarını vurğulayıb. Ahıllarla keçirilən bu xoş günə görə Günay Ağamalı Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin rəhbəri Samirə xanım Mehtiyevaya təşəkkürünü bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…