331 baxış
Bu yazını paylaşın
Maraqlı

Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir-araşdırma

15 May 2023

Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. Lakin o məlumdur ki, Oksfordda təhsilə 1096-cı ildə başlanılıb, 1167-ci ildən, II Henrixin tələbələrə Paris universitetində oxumağa qadağa qoymasından sonra təhsilin intensiv inkişaf etdirilməsinə başlanılıb.
İlk ictimai kitabxananın əsasını Uelsli Gerald qoydu (1188), Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb.
1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açdı. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başladı. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi. Hazırkı dövrdə yeganə yalnız qadınlar üçün olan kollec St. Hilda kollecidir.
Müharibədən sonrakı illərdə (1939-1945) Oksfordun humanitar fakültələrinə tibb də daxil olmaqla təbiət və tətbiqi elmlər əlavə olundu ki, bu da dünya üçün əhəmiyyətli rolu olan intellektual və tədqiqat mərkəzi kimi universitetin şöhrətini artırdı.
Oksfordun əsas spesifikası tələbələrin informasiyanı tapıb düzgün istifadə etmək və hər şey haqqında sərbəst fikir söyləyib, onu müdafiə etməkdir.
Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11 min on beş ilk təhsil alan tələbəni (undergraduates), 4 min 626 aspirantı (postgraduates) özündə birləşdirir. İlk təhsil alma dövründə Xronologiya və ya Biokimyanın yeganə nizamnaməsini öyrənirlər. Bu təhsil 3-4 il ərzində kifayət qədər keyfiyyətli və dərin bilik verir.
Bununla yanaşı, bir neçə nizamnaməni, məsələn, siyasət və iqtisadiyyat, riyaziyyat və hesab texnikası kimi elmləri birləşdirən nizamnamələr də var.
Təhsil kursları universitetin mühazirə və praktiki məşğələlərini təşkil edən akademik personal tərəfindən işlənilib hazırlanır.
Tələbələr kollec tərəfindən təmin olunmuş həftəlik tədris proqramları və dərslikləri istifadə olunan fərdi və sərbəst təhsil proqramlarında da iştirak edə bilərlər.
Kursda tələbələr dərs ilinin başlanğıcında və sonunda təqdim olunan tədqiqi referat işlərinə görə qiymətləndirilir.    Oksfordda aspirantların sayı xaricdən gələn tələbələr hesabına artır və onların dörddə biri Master dərəcəsinin müdafiəsinə hazırlaşır, təxminən üçdə ikisi daha yüksək dərəcələr üçün çalışır.
Universitetin akademik strukturunun əsasını 16 fakültə təşkil edir. Onlardan bəziləri fakültələrin nəzdində fəaliyyət göstərir.
Hər fakültənin öz təhsil kurslarının hazırlığına, proqramın və təhsilin təşkilinə cavab verən seçilmiş şurası var. Fakültələr aspirantların qəbulunu, idarəsini, onların tədqiqatlarının təşkil olunmasını həyata keçirir. Fakültələr universitet şurasını təsdiq edən akademik ştatın birinci və ikinci dəfə təyin edilməsinə cavab verir. Fərdi intizamlar üzrə hazırlıqları həyata keçirən kafedraları təşkil edir. Məsələn, – Fizika və texniki elmlər kafedrası fiziki elmlər fakültəsinin tərkibində, – Zoologiya kafedrası və Bitkilərin energetikası kafedrası Biologiya elmləri fakültəsində, – Cərrahlıq Kliniki Tibb fakültəsinin tərkibindədir. Memarlıq və incəsənət fakültələrində isə kafedralar təşkil olunmur.

Aysu Hüseynova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…