21 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var

31 May 2023

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

 

“Telejurnal”ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında yerləşən fındıq bağına aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…