37 baxış
Bu yazını paylaşın
Siyasi

Observer: Qərbin Ukrayna ordusunu hazırlamaqda yol verdiyi səhvlər əks-hücumun yavaş tempini izah edir

24 İyul 2023

Qərbin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin hazırlanmasında yol verdiyi səhvlər Ukraynanın əks-hücumunun yavaş tempini və əhəmiyyətli nəticələrin olmamasını izah edir.

Telejurnal  xəbər verir ki, bu barədə Birləşmiş Kral Müdafiə Araşdırmaları İnstitutunun quru müharibəsi üzrə baş elmi işçisi Cek Uotlinq Böyük Britaniyanın “Observer” nəşrində dərc olunmuş “Qərb diqqətini Ukrayna qoşunlarının təliminə yönəltməlidir, əks halda bunun əvəzini biz ödəməli olacağıq” bildirib.

Onun sözlərinə görə, iki aydır Ukrayna qoşunları güclü möhkəmləndirilmiş müdafiə xətlərini dəlməyə və “Surovikin xətti” adlanan müdafiəni yarmağa çalışır.

Ötən yayın sonunda ukraynalılara uğurlu hücum əməliyyatları üçün lazım olanlar Qərb paytaxtlarında artıq məlum idi – bunlar artilleriya, mühəndis texnikası, taktiki hava hücumundan müdafiə sistemləri, mobil müdafiə vasitələri (piyada maşınları və s.) və kadr hazırlığıdır. Ukraynalılar yetərli miqdarda silah, mərmi və zirehli transportyorlar alıblar, mühəndislik və taktiki hava hücumundan müdafiə vasitələri isə daha az həcmdə.

Aylarla davam edən gecikmə Rusiya qoşunlarına müdafiə xətti qurmağa vaxt verib ki, bu da ukraynalıların işini xeyli çətinləşdirib. Ukrayna qüvvələrinə müxtəlif hazırlıq vəziyyətlərində çeşidli Qərb sistemlərini mənimsəmək və öz qoşunlarını çox mürəkkəb tapşırıqlara hazırlamaq üçün təxminən iki ay vaxt verilib.

Uotlinqin fikrincə, əsas problem, görünür, Ukrayna Silahlı Qüvvələrinin təliminin Qərb modelləri üzrə aparılması, müəyyən struktur və ən əsası, ukraynalılarda olmayan vaxt tələb etməsidir.

Bu bürokratik əngəllər Ukraynanın tərəfdaşlarının ciddi probleminə işıq saçır. Müharibə başlayandan Qərb hərbçiləri Ukrayna Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqə üsullarını uyğunlaşdıra biliblər.

Amma paytaxtlarda bürokratlar və diplomatlar Avropanın təhlükəsizliyinin gələcəyinin Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın nəticəsindən asılı olmasına baxmayaraq, hələ də sülh dövrü nümunələri üzrə işləyirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…