25 baxış
Bu yazını paylaşın
Dünya

Nyu-Yorkda İvana Trampın dəfn mərasimi keçirilib.

21 İyul 2022

Nyu-Yorkdakı Müqəddəs Vinsent Ferrera kilsəsində ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Trampın dəfn mərasimi keçirilib.

TELEJURNAL. az AZƏRTAC -a  istinadla xəbər verir ki, İvana Tramp iyulun 14-də Yuxarı İst-Sayt rayonunda öz evində yıxılaraq aldığı zədələr nəticəsində vəfat edib. Onun 73 yaşı vardı.

İvana Tramp 1977-1992-ci illərdə ABŞ-ın sabiq prezidenti ilə nikahda olub. Onların üç uşağı var: Donald (oğul), Erik və İvanka.

Tramp ailəsinin məlumatında deyilir: “Anamız qeyri-adi qadın idi – bacarıqlı sahibkar, dünya səviyyəli idmançı, bənzərsiz gözəl, qayğıkeş ana və dost”.

Sabiq prezident Tramp “Truth Social” platformasında paylaşdığı məlumatda İvananı “Parlaq və ruhlandırıcı ömür yaşamış məlahətli, gözəl və heyrətamiz qadın” adlandırıb. Sabiq prezident dəfn mərasimində keçmiş birinci xanım Melaniya Tramp və onların oğlu Berron ilə birlikdə iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…