34 baxış
Bu yazını paylaşın
Dünya

Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb

07 İyun 2023

Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu-Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.

Telejurnal xəbər verir ki, Nyu-York ABŞ-nin digər şəhər və ştatları ilə müqayisədə yanğınlardan daha çox təsirlənib.

Şəhərdə görmə məsafəsi azalıb, tibbi maskalardan istifadə çoxalıb.

Səhiyyə rəsmiləri şəhər sakinlərini açıq hava fəaliyyətini məhdudlaşdırmağa çağırıb. Müraciətdə qeyd olunur ki, meşə yanğını tüstüsünün tərkibində PM2.5 adlı çox kiçik, lakin çox təhlükəli hissəcik var. Bu hissəcik nəfəs aldıqda, ağciyərlərin dərinliyinə daxil ola və qanla qarışa bilər.

Nyu-York şəhər meriyası hava keyfiyyəti xəbərdarlığı edib. Şəhərdəki təhsil ocaqlarında açıq hava tədbirləri ləğv edilib, hava limanlarında uçuşlar ləngiyib.

Nyu-York meri Erik Adams şəhər sakinlərini ehtiyatlı olmağa çağırıb.

Şəhərin fövqəladə hallar üzrə komissarı Zak İskol bildirib ki, Nyu-Yordakı dumanlı hava şəraitinin yaxın bir necə gün ərzində davam edəcəyi gözlənilir. Z.İskol mövcud havanın keyfiyyətini potensial olaraq şəhərin indiyədək gördüyü ən pis hava adlandırıb və Nyu-Yorkun Hindistanın Dehli şəhərindən sonra dünyanın ən çirkli havasına malik ikinci şəhəri seçildiyini deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…