35 baxış
Bu yazını paylaşın
Dünya

Numan Kurtulmuş: “İsveçin NATO üzvlüyü həyata keçirilməsi mümkün olmayan arzudur”

03 İyul 2023

“İsveçin NATO üzvlüyü Ankaranın tələblərini yerinə yetirmək istəməyən Stokholmun reallaşması mümkün olmayan arzusudur”.

Telejurnal xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində bildirib.

O, Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli sazişin mövcud olduğunu xatırladıb.

“Onlar təxribatçı əməllərlə məşğul olacaqlar və sonra da NATO-ya üzv olmaq üçün razılıq verməyimizi istəyəcəklər? Üzr istəyirəm, Türkiyə öz sözünə cavabdeh ölkədir. Biz istəyirik ki, opponentlərimiz də öz sözlərinin üstündə dursunlar. Öhdəliklərini yerinə yetirməyən İsveç üçün NATO-ya üzvlüyü gözləmək – sadəcə həyata keçirilməsi mümkün olmayan arzudur”, – deyə spiker bildirib.

N.Kurtulmuş İsveçdə Quranın yandırılmasını da sərt tənqid edib. Onun sözlərinə görə, məhkəmənin faşist və islamofob nümayişçilərə dəstək verməsi şübhəsiz ki, zərərlidir:

“Bunlar qəbuledilməzdir. Ağızlarını açanda Avropanın yüksək dəyərlərindən, müxtəlif mədəni dəyərlərin birgə mövcudluğundan bəhs edirlər. Onlar bir tərəfdən demokratiyadan, digər tərəfdən inanclara hörmətdən danışırlar. Amma təxribatçı, anti-İslam və anti-insan hərəkətlərə heç cür halda haqq qazandırıla bilməz. Onu qanadlarının altına alıb müdafiəyə qalxırlar. Bunu anlamaq mümkün deyil. Bunlar bəzi dairələrin İslam dünyasına qarşı qərəzli düşmənçiliyini qızışdırmaq üçün atılan addımlardır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…