301 baxış
Bu yazını paylaşın
İqtisadi

Növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

26 Yanvar 2022

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi, 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir. Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub. “Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 min 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10,07 faizlik səhm paketi isə 38 min 456 manata özəlləşdirilib.
Nəqliyyat vasitələrinin hərracı rəqabətli olub. İlkin start qiyməti 6 min manat olan “Hyundai Sonata” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 9060 manata satılıb.
Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Chevrolet Niva” olub. İlkin satış qiyməti 4 min manat olan bu maşına edilən son təklif 5500 olub.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 190 min 16 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/33HjKDH)
Qeyd edək ki, növbəti hərraclar fevralın 1-i,15-i və 22-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…