61 baxış
Bu yazını paylaşın
Siyasi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada baş verən hadisələrlə bağlı bəyanat yayıb

28 Fevral 2022

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ukraynada baş verən hadisələrlə bağlı bəyanat yayıblar. Mərkəzin həmsədrləri, həmçinin, 40-a yaxın sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və siyasi xadimlərin imzaladığı bəyanatda Ukraynada baş verən münaqişədə dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edilir.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda, Rusiya tərəfindən 24 fevralda Ukrayna sərhədləri istiqamətində hərbi əməliyyatların başladılması, hər iki tərəfdən ciddi itkilərlə müşahidə olunan, insanların həyatlarını itirməsi ilə nəticələnən hadisələr dərin təəssüf doğurub. Pandemiyadan əziyyət çəkən qlobal dünya iqtisadiyyatının hələ tam bərpa olunmadığını vurğulayan üzvlər bunların çox böyük iqtisadi geriləməyə səbəb olacağını bildiriblər.

Həmçinin qeyd olunub ki, Ukraynada baş verən döyüşlərin dayandırılması və regionda dayanıqlı sülhə nail olmaq, rifahı və inkişafı təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyət səylərini yeniləməli və gücləndirməlidir. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı addımlar təqdirəlayiq hesab olunur və onun tərəfindən irəli sürülən Rusiya ilə Ukrayna prezidentləri arasında danışıqların Bakıda keçirilməsi ilə bağlı təklifin tam dəstəklənməsi ifadə olunub.

Bakının yaxın keçmişdə NATO və Rusiya yüksək rütbəli generalları arasındakı müzakirələrinə ev sahibliyi etdiyi nəzərə çatdırılıb. Üzvlər İkinci Dünya Müharibəsindən sonra tarixin qarşılaşdığı ən böyük konfliktdə sülhə çağırışların qəbul olunmasına və prezidentlər arasında bu görüşlərin Bakıda keçiriləcəyinə ümid bəslədiklərini ifadə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…